Abşeron rayonunda qayda pozan avtobus sürücüləri barədə qərar verilib.
Daxili İşlər Nazirliyi xəbər verir ki, “İsuzu” markalı 10-TG-026 nömrəli avtobusun sürücüsü Kəmaləddin Yavər oğlu Quliyev və “İsuzu” markalı 90-RB-533 nömrəli avtobusun sürücüsü Firdovsi Abgül oğlu Rəcəbov sərnişin dolu avtobusla işıqforun qırmızı işığından keçiblər.
Bu səbəbdən onlarla profilaktiki söhbətlər aparılıb və qayda pozuntusu ilə bağlı hər iki sürücü barəsində qanuni tədbirlər görülüb.