ABŞ Dövlət Katibi COP29 ilə bağlı danışıb. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
ABŞ dövlət katibi Entoni Blinken ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş Azərbaycanla bağlı təbrikində COP29-a toxunub.
“ABŞ Azərbaycanın COP29-a Bakıda ev sahibliyi etməsini alqışlayır. Biz COP-un uğurunu və uşaqlarımız, nəvələrimiz üçün daha dayanıqlı iqlim gələcəyini təmin etmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, – deyə o bildirib.