Bakıda ABŞ universitetlərinin sərgisi keçiriləcək. Bu haqda bu gün, 30 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
ABŞ-nin Azərbaycandakı səfirliyi Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə Birləşmiş Ştatlarda təhsil almağa marağı olan orta məktəb və universitet tələbələri, eləcə də onların valideynləri üçün “EducationUSA” Məzun Sərgisini təşkil edəcək.
Burada ABŞ səfirliyinin mübadilə proqramları və 35-dən çox ABŞ universiteti təmsil olunacaq. Həmçinin səfirliyin konsulluq xidmətinin əməkdaşları tələbə vizaları ilə bağlı məlumat verəcəklər.
Müvəqqəti işlər vəkili Hüqo Qevara tədbirdə açılış nitqi ilə çıxış edəcək.
Tədbir 1 iyun saat 11:00-dan 14:00-a qədər “Landmark”ın “Rotunda” zalında keçiriləcək.