Tanınmış alim-pedaqoq Hikmət Kazımov dünyasını dəyişib. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.
Kazımov 21 avqust tarixində 72 yaşında vəfat edib.
O, uzun müddət Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Kazımov “Abituriyent” jurnalının elmi-metodiki cəhətdən hazırlanmasına özünəməxsus müsbət töhfələr verib.