Xətai Rayon Məhkəməsi “Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalist Hafiz Babalının həbs müddəti uzadıb. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Həbs müddəti 2 ay 7 gün uzadılıb.
Ötən ilin noyabr ayında məlum olub ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları – Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.