ADA Universitetinə “Akademik Mükəmməllik Mərkəzi” mükafatı təqdim edilib. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az xəbər verir.
Elm və Təhsil Nazirliyi, ADA Universiteti və "Anthology" Təhsil Texnologiyaları Xidmətlərinin birgə əməkdaşlığı ilə VI ADA 2023 Beynəlxalq Təhsil Konfransı keçirilib. “Maarifçiliyə yenidən baxış” şüarı altında keçirilən tədbirdə ABŞ-nin “Anthology” Təhsil və Tədqiqat Mərkəzinin əməkdaşları tərəfindən universitetə “Akademik Mükəmməllik Mərkəzi” mükafatı təqdim edilib.
Konfransın ikinci günü ADA Universitetinin professoru Samir Rüstəmov CeDAR-in yeni məhsulu – Azərbaycan dili üçün AI (Süni İntellekt) virtual köməkçi GPT proqramı “ANLAT”ın təqdimatını edəcək.