ADA Universitetində İqlim və Su Sammiti keçirilib. Bu haqda bu gün, 16 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İnkişaf və Diplomatiya İnstitutu, BMT-nin Azərbaycan Nümayəndəliyi, Davamlı Gələcək Komissiyası, Boğaziçi Universiteti və TÜBİTAK ilə əməkdaşlıq çərçivəsində keçirilən sammitdə hökumət və akademik qurumların, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri iştirak ediblər.
Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, FAO və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ofisinin eskpertləri su resursları ilə bağlı hazırkı vəziyyətdən və yaxın gələcək üçün nəzərdə tutulan proqnozlardan söhbət açıblar.