Bakıda adam güllələyən şəxsin cəzası azaldılıb. Bu haqda bu gün, 3 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ali Məhkəmənin qərarı ilə Tural Nağıyevin cəzası 9 il 10 ay müddətinə endirilib. Daha öncə təqsirkar 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
T.Nağıyev 2019-cu ildə Yasamal rayonu, Şərifzadə küçəsi, 67A ünvanında 3 nəfəri avtomobildə güllələyərək qaçmışdı.