Bakıda adam öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Əhməd Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı onun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Təqsirkara qarşı “Xuliqanlıq niyyəti ilə adam öldürmə” maddəsi ilə ittiham irəli sürülmüşdü.