top
Adımızı dəyişsək, taleyimiz dəyişərmi? - Astroloqla ÖZƏL MÜSAHİBƏ
14 aprel 2025, 06:55
- ↺ +

Adımızı dəyişsək, taleyimiz dəyişərmi? - Astroloqla ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Yeni doğulan körpəyə ölmüş bir yaxının adının qoyulması tövsiyə edilmir. Körpə ölən şəxsin karmik enerjisini daşıya bilər”.

Bunu Bakuplus.az-a müsahibəsində psixologiya elmləri doktoru, metafizika üzrə usta, Feng Şuy mütəxəssisi, astroloq, ruhani praktikalar üzrə rəhbər və müəllim Məryəm Teymur deyib.

Müsahibəni təqdim edirik:

- Astroloq kimi, sizcə, insanın adı onun taleyinə və xarakterinə necə təsir edə bilər?

- Ad insanın dünyaya gəldiyi vibrasiya kodudur. Bu kod insanın şəxsiyyətini formalaşdırır, özünə inamını, düşüncə tərzini, səs tembrini və özünüifadəsini təsir altına alır. Ad vasitəsilə xarakter xüsusiyyətləri, daxili arxetiplər və enerji potensialı aktivləşir.

- Adlar və astroloji bürclər arasında hansısa əlaqə varmı?

- Bəli, dolayı yolla var. Bəzi adlar müəyyən bürcün arxetipini gücləndirən vibrasiyalar daşıyır. Məsələn, “Elxan” və ya “Camal” adları Şir bürcünün liderlik enerjisinə uyğundur. Ad, həmçinin insanın doğum xəritəsindəki ünsürlərlə uyğun və ya ziddiyyətli ola bilər.

- Ad seçimi zamanı valideynlər nələrə diqqət etməlidirlər?

- Səslərinin enerjisi (yumşaq, sərt, axıcı), adın mənası, ruhani yükü, doğum tarixi ilə rəqəmsal və element baxımından uyğunluğu, soyadla və cəmiyyət içində necə səsləndiyi önəm daşıyır. Ümumiyyətlə ağır taleyə malik insanların adlarından uzaq durmaq lazımdır.

- Adların planet enerjiləri ilə əlaqəsi varmı? Məsələn, hansısa ad müəyyən planetin təsirini daşıya bilərmi?

- Bəli, hər ad müəyyən planetin təsirinə məruz qala bilər. Məsələn: Venera enerjili adlar — yumşaq, zərif, musiqili (Leyla, Aygün), Mars enerjili adlar — güclü, sərt, qərarlı (Ramil, Kənan), Ay enerjili adlar — incə, sakit və intuisiya doludur (Zəhra, Nuray).

- Ad və doğum tarixinin uyğunluğu insanın həyat yolunu necə dəyişə bilər?

- Əgər ad doğum xəritəsindəki faydalı ünsürləri dəstəkləyirsə — insan öz potensialını gerçəkləşdirə bilir. Əgər ziddiyyət yaradırsa — şəxs öz yolundan yayınır, həyatı “özünə aid olmayan” kimi yaşaya bilər.

- Astroloji xəritədə adın rəqəmsal (numeroloji) təhlili ilə hansı məlumatları əldə etmək olar?

- Şəxsi xüsusiyyətlər, ruhani, karmik tapşırıqlar, daxili istedadlar, cəlbedici və itələyici sahələr, peşə istiqamətləri və inkişaf xətti.

- Numerologiyada adın rəqəmi insanın həyatına necə təsir edir?

- Hər hərf müəyyən rəqəmə uyğun gəlir. Adın hərfləri toplanaraq adın vibrasiya rəqəmi çıxarılır. Bu rəqəm insanın həyat missiyasını, davranış modelini və daxili enerjisini formalaşdırır.

- Bəzən insanlar adlarını dəyişirlər. Bu dəyişiklik onların həyatında hansı nəticələrə səbəb ola bilər?

- Adın dəyişməsi ilə vibrasiya sahəsi dəyişir: köhnə həyat ssenariləri arxada qala bilər, yeni münasibətlər, imkanlar və tərz formalaşar, hətta səs tonu, davranış, duruş və həyat ritmi də dəyişə bilər.

- Sizcə, doğum adı ilə gündəlik istifadə olunan ad (ləqəb, qısaltma) arasında fərq varmı? Hansı daha güclü təsir göstərir?

- Bəli. Tam ad — rəsmi enerji daşıyır, taleyə təsir edir. Qısaldılmış ad — sosial enerji daşıyır, ləqəb — insanın emosional və yaxın çevrədəki enerjisini əks etdirir.

- Sizin təcrübənizdə adı dəyişdikdən sonra həyatı dəyişən insanlar oldumu? Bir nümunə paylaşa bilərsiniz?

- Bəli, tez-tez rast gəlinir. Məsələn, bir xanım Nuray adını İlknur olaraq dəyişdi və 3 ay ərzində həyatı tam dəyişdi — yeni iş, münasibət və daxili rahatlıq qazandı. Doğru ad blokajları açır, insanı enerjisində “səsləndirir”.

- Adın insanın özünə olan münasibətinə və özünə inamına necə təsiri var?

- Adını sevən və qəbul edən insan daha özünəinamlı və aydın olur. Əgər ad insanda narahatlıq və ya utanma hissi doğurursa — bu, onun daxili dəyər hissini zəiflədə bilər.

- Eyni ada malik insanlar bənzər xüsusiyyətlərə sahib olurlar? Yoxsa burada fərdi faktorlar daha önəmlidir?

- Bəli, arxetip səviyyəsində. Məsələn, Aysel adını daşıyanlar çox vaxt həssas, estetik duyumlu və duyğusal olurlar. Amma hər bir insanın doğum xəritəsi fərdidir — fərdi enerji hər şeydən üstündür.

- Yeni doğulmuş körpəyə ad qoyarkən astroloji cəhətdən ən çox nələrə baxmaq lazımdır?

- Doğum xəritəsində əskik və ya artıq olan elementlər, gücləndirilməsi vacib olan ünsür (od, torpaq, metal və s.), Ay bürcü və yüksələn, ağırlıq və karmik yüklü adlardan uzaq durmaq lazımdır.

- Adı ilə taleyi uyğun gəlməyən insanlara nə tövsiyə edirsiniz?

- Yumşaq və pozitiv səsli qısaltmalar istifadə etməli, simvolik və ya ruhani təxəllüs götürməli, ikinci ad əlavə etmək, enerji uyğun deyilsə — adı tam dəyişməlidirlər.

- Ad seçimi ilə bağlı xidmət göstərirsinizsə, bu proses necə həyata keçirilir?

- Bəli. Proses belədir: doğum tarixi üzrə Ba Zı və ya natal analiz, uyğun enerji və ünsürlərin müəyyən olunması, səslər, hərflər və arxetiplərə görə ad seçimi, soyadla uyğunluq testi və yekun tövsiyə və adın mənalarının təqdimatı.

- Sizcə, hansı adların qoyulması məsləhət deyil? Misal gətirin.

- Qız uşaqlarına çox sərt, oğlanlara isə çox yumşaq, ağırlıq daşıyan və travmatik tale ilə bağlı,  aqressiv və mənfi mənası olan  (Zərbə, Həsrət, Qisas), çox yüklənmiş və ağır dini arxetipli adların verilməsindən uzaq durmaq lazımdır.

- Hansı adları qoymaq daha yaxşıdır?

- Yumşaq, axıcı, yüngül səslənən, incəlik və güc balansı olan, asan tələffüz olunan və pozitiv emosional rezonansa malik adlar daha münasibdir. Uşağın doğum elementinə uyğun səs tərkibli adlar (məs., A, M, N, L) uyğun hesab olunur.

- Yeni doğulan körpəyə ölmüş bir yaxının adı qoyulması nə dərəcədə doğrudur?

- Tövsiyə edilmir. Bu, həmin şəxsin karmik enerjisini daşıya bilər. Əgər həmin insanın həyatı nurlu və uğurlu olubsa — ad qoyula bilər, amma xüsusi niyyət və təmizlik ritualları ilə.

- Bəs dini şəxslərin adının qoyulması düzgündürmü?

- Əgər ad neytral və mülayim səslənirsə (Əli, Məryəm, Yusif), vermək olar. Amma çox müqəddəs və simvolik yüklü adlar (Mehdi, İmam, Zəhra) müəyyən daxili məsuliyyət və enerji daşıya bilər. Bu adlar sevgi, dua və dərin niyyətlə verilməlidir.

Hazırda 9-cu dövrdəyik. Bu dövrün əsas ünsürü oddur — yaradıcılıq, qadın enerjisi, ruhani oyanış və daxili işıq dövrüdür. Bu illərdə doğulan uşaqlar üçün adlar yüngül, axıcı, açıq səsli olmalıdır, işıq, incəlik, ruhani zəriflik və sevgi enerjisi daşımalıdır. İlham, Nuray, Ləman, Sevda, İlahə, Elvin, Rəhim — bu tip adlar ruhani yüksəlişi dəstəkləyir.

- Ətrafınızda adının onun həyatına müsbət və ya mənfi təsir etdiyini düşündüyünüz insanlar varmı?

- Bəli. Doğru ad insanın yolunu işıqlandırır, daxili rahatlıq və xarici qəbul gətirir, uyğunsuz ad isə ifadə çətinliyi, zəif özünəinam və passivlik yarada bilər. Ad — bir zəng kimidir. Səni necə çağırırlarsa, həyat da o səslə cavab verir.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Xəbər
31 oktyabr 2026, 09:06

Bu gün hava necə olacaq?

Xəbər
30 oktyabr 2026, 17:54

Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO

Xəbər
30 oktyabr 2026, 17:49

FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilir

Xəbər
30 oktyabr 2026, 17:31

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

Siyasət
30 oktyabr 2026, 16:45

İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİYAHI

Xəbər
30 oktyabr 2026, 16:43

Telefonda yüksək səslə danışdı, ona baxan şəxsi döydü

Xəbər
30 oktyabr 2026, 16:28

Bakıda noyabr ayında hava necə olacaq? – PROQNOZ

Aktual Xəbərlər
30 oktyabr 2026, 15:46

"İnci" uşaq bağçasında azyaşlı uşağın döyüldüyü iddia olunur

Siyasət
30 oktyabr 2026, 14:27

Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib

Xəbər
30 oktyabr 2026, 14:26

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

Oxşar xəbərlər