top
Adın karması: Ad dəyişmək xoşbəxtlik gətirirmi?
06 aprel 2025, 01:00
- ↺ +

Adın karması: Ad dəyişmək xoşbəxtlik gətirirmi?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bəzi insanlar həyatlarında mənfi hadisələr yaşadıqda, irəliləyə bilmədiklərini hiss etdikdə və ya "köhnə enerjidən" qurtulmaq istədikdə adlarını dəyişərək yeni bir başlanğıc əldə edəcəklərinə inanırlar. Bu zaman təkcə rəsmi sənədlərdəki ad deyil, həm də gündəlik həyatda insanların onu çağırma forması da dəyişir və bu, şəxsin özünü dərk etməsinə, yeni bir şəxsiyyət formalaşdırmasına psixoloji təsir göstərə bilər.

Xüsusilə də bir uşağa artıq vəfat etmiş yaxın qohumun adının verilməsi bəzən onun həmin şəxsin həyatını təkrar yaşayacağına dair narahatlıqlar doğurur. Bu inanc qədim köklərə dayanır və “adın karması” anlayışını önə çıxarır.

Bəs bu doğrudanmı belədir? Ad həqiqətən insanın taleyinə təsir edir, yoxsa bu, sadəcə mifik düşüncənin bir uzantısıdır?

Psixoloq Vüsalə Rüstəm bu barədə haqda vacib məqamlara yenisabah.az-a açıqlamasında aydınlıq gətirib. O, bildirib ki, ad insana doğulduqdan sonra valideynləri tərəfindən verilir, insanın öz adını seçmək imkanı olmur və bu, sosial statusdur:

“Hər bir toplumun özünə məxsus adları vardır. Bəzi dinlərə görə, insanın adını çəkməklə onun taleyini dəyişdirmək mümkündür. Onun üçün də uşağın əsl adını gizlədərmişlər, amma bu fikir özünü doğruldan fikir deyil. Valideynlər bəzən övladlarına çox qədim baba- nənə adlarını verirlər ki, bu da uşağa böyüdükdən sonra böyük psixoloji problemlər yaradır. Uşaq hər adı çəkiləndə utanır, təklənir, ad lağ mənbəyinə çevrilir. Bunun üçün də yeni doğulan körpəyə onun utanacağı adı qoymaq olmaz. Bəzi dinlərdə adı insanın taleyi hesab edirlər. Bu belədir? Deyil.

Düşünün, uşaqlarına Kamal, Məhəmməd, Əli, Marks, Puşkin və s. adlar qoyan insanlar olub ki, guya övladları da həmin insanlara bənzəsinlər. Nəticə etibarı ilə bu adlardan çox sayda neqativ iş görən, hətta cinayətkar olan insanlar görmüşük. Ad insana heç bir xoşbəxtlik və bədbəxtlik gətirmir. Ada dəyər verən onu daşıyan insandır”.

Psixoloq onu da vurğulayıb ki, ölən qohum, baba- nənə adları valideynlər tərəfindən könüllü olaraq uşağa verildikdə bu o demək deyil ki, körpə da böyüyüb həmin insanların taleyini yaşayacaq:

“İnsan taleyi ada bağlı deyil. Rəhmətə gedən insanların adı gələcəkdə uşağı utandırmayacaqsa adı verə bilərlər, əks halda valideynlər övladlarına utanc yükünü yükləməməlidirlər. Çox zaman belə utanılacaq adları uşaq özü böyüyəndən sonra məcbur qalıb dəyişir, bu dəyişim isə sırf adın səslənərkən gətirdiyi psixoloji gərginliklə bağlıdır, taleyinə təsiri yoxdur

Heç bir adın karması ola bilməz. Karmik düşüncəni yaradan insan özü və enerjisidir”.

Son xəbərlər

Xəbər
Bu gün, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Bu gün, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Bu gün, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Bu gün, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Bu gün, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Bu gün, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Bu gün, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Bu gün, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Bu gün, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Bu gün, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Bu gün, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Bu gün, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Bu gün, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
Dünən, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
Dünən, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
Dünən, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
Dünən, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Xəbər
31 oktyabr 2026, 09:51

Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Xəbər
31 oktyabr 2026, 09:45

Möhlət Müslümov: "İndiki müğənnilər inkubator cücələri kimi bir-birinə oxşayır"

Xəbər
31 oktyabr 2026, 09:32

"Söyüş söydü, mən də onu 4 dəfə bıçaqla vurdum" - Bakıda dostunu öldürənin MƏHKƏMƏSİ

Oxşar xəbərlər