Bakıda bir sıra şadlıq sarayları fəaliyyətlərini dayandıracaq. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Noyabr ayında Bakıda keçiriləcək COP29 ilə əlaqədar Bakı Olimpiya Stadionu ətrafındakı bəzi şadlıq sarayları noyabr ayı üçün sifarişləri qəbul etmir. Bildirilir ki, 8-22 noyabr tarixləri arasında toyların sifarişini qəbul etmirlər və əvvəlcədən həmin ay üçün qəbul olunan toy sifarişlərinin vaxtı dəyişdirilib.