Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 1 qrup distant təhsilə keçib. Bu haqda bu gün, 16 oktyabr tarixində APA məlumat yayıb.
Qrupdan olan bir tələbənin koronavirusa yoluxması səbəbindən universitet bu addımı atıb. 14 gündən sonra tələbələr əyani təhsilə qayıdacaqlar.
"Ancaq qrupda oxuyan digər tələbələrdən kimsə əyani dərsdə iştirak etmək istəyirsə, 3 gün sonra PCR testi verməlidir. Testin nəticəsi neqativ olduğu halda əyani dərslərdə iştirak edə bilər.” - deyə Universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq departamentinin direktoru Bəhruz Nəzərov bildirib.
Bundan əvvəl, 14 oktyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin iki fakultəsində koronavirusa yoluxma halları aşkar olunnuşdur.