Bakıda universitet müəllimi vəfat edib. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Azərbaycan Dövlət Pedaqoji Universitetinə istinadən xəbər verir.
Təhsil ocağının İncəsənət və fiziki tərbiyə fakültəsinin Musiqi və onun tədrisi texnologiyası kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Gülarəxanım Axundova vəfat edib.
G.Axundovanın 74 yaşı var idi. O, 43 ildir ADPU-da çalışırdı.