Bakı və Abşeron şəhərətrafı xətlərində 48 kilometr yol əsaslı təmir ediləcək. Bu haqda 22 iyun tarixində Azərtac məlumat verib.
Azərbaycan Dəmir Yollarından bildirilib ki, işlər ilin sonunadək yekunlaşacaq. Suraxanı-Yeni Suraxanı, Yeni Suraxanı-Hövsan və Əhmədli yeni neft emalı zavodu dəmir yolu xətlərində də təmir işləri davam etdirilir.
Bundan əlavə, Keşlə stansiyasının 4-cü və 5-ci yan yollarında əsaslı təmir işləri aparılıb.