Azərbaycan Dəmir Yolları (ADY) yanvar ayında 31 min 816 sərnişin daşıyıb. Bu haqda bu gün, 9 fevral tarixində Bakuplus.az xəbər verir.
Statistika ölkədaxili istiqamətlər üzrə hesablanıb. Bu rəqəm 2023-cü ilin dekabr ayı ilə müqayisədə 4619 nəfər çoxdur.
Bakı-Ağstafa-Bakı marşrutundan 27 min 643, Bakı-Qəbələ-Bakı xəttindən isə 4173 sərnişin yararlanıb. Onların 618-i Rusiya, 207-si Türkiyə, 171-i Gürcüstan, 65-i Hindistan, 39-u ABŞ və 433 nəfər digər ölkələrin vətəndaşlarıdır.