Hava Limanı magistralında yol nişanlarında dəyişiklik olub.
Bakuplus.az-a daxil olan məlumata görə, Mərdəkan şosesindən şəhər istiqamətinə gedən yolda 2 düz xətt silinib.
Bakı Ekspo Mərkəzinə qədər yolun bir hissəsində qoşa düz xətlər qırıq xətlə əvəz olunub, digər hissəsində isə qoşa düz xəttin arasında qırıq xətlər çəkilib. Ekspo Mərkəzdən sonra hər şey əvvəlki kimi qalıb.
Məsələ ilə bağlı görüntüləri təqdim edirik:
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2024/09/0920.mp4"][/video]