Aeroportda avtomobil yanıb. Bu haqda bu gün, 24 iyun tarixində Bakuplus.az aeroportun mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə Heydər Əiyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında baş verib. Orada olan minik avtomobili qəfil alışmağa başlayıb. Nəticədə alov sürətlə yayılıb və yandakı maşına keçib.
Hadisə yerinə Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidməti cəlb olunub. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.