Yenilənib:
Dövlət Sərhəd Xidmətindən verilən məlumata əsasən, İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən ləngimələr yaranıb.
Qısa müddət ərzində problem həll olunub və vətəndaşlar nəqliyyat vasitələrinə buraxılıblar.
09:50 - Aeroportda nasazlıq yaranıb
Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq yaranıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Bizim Media-ya istinadən xəbər verir.
Bu gün səhər saatlarından aeroportun sistemində problemlər yaranıb. Nəticədə insanlar uzun növbədə gözləməli olublar.
“Saat 06:10-dan Dövlət Sərhəd Xidmətinin sistemi donub. Yüzlərlə insan çarəsiz qalıb. Heç kim neytral əraziyə buraxılmır”, - deyə bildirilir.