Mərhum Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun Novxanıda yerləşən villası satışa çıxarılıb.
Bakuplus.az xəbər verir ki, bununla bağlı elan sosial şəbəkədə paylaşılıb.
Bildirilib ki, bağ evi 1 milyon 150 min manata satışa təklif olunur.
Qeyd olunub ki, 20 sot ərazidə inşa edilən villanın ümumi sahəsi 650 kvadratmetrdir. Ev 10 otaqdan ibarətdir.