Beynəlxalq Şahmat Federasiyası yeni reytinqi açıqlayıb. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az federasiyaya istinadən xəbər verir.
Avqust ayı üçün açıqlanan cədvəldə Bakılı qrosmeyster Teymur Rəcəbov yer almayıb. Qanunlara əsasən, idmançı 1 il ərzində klassik şahmat oynamırsa, avtomatik olaraq aktiv siyahıdan çıxarılır. Gülnar Məmmədova da eyni səbəbdən siyahıya düşməyib.
Şəhriyar Məmmədyarov isə 1 pillə irəliləyərək 2747 xalla 13-cü yerdə qərarlaşıb.
Siyahıya yenə də norveçli Maqnus Karlsen başçılıq edir. 2-ci və 3-cü pillələrdə ABŞ təmsilçiləri Hikaru Nakamura və Fabiano Karuana qərarlaşıblar.