Ailəsinin 5 üzvünü öldürən Əhməd barəsində rəy bildirilib. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Keçirilən ekspertiza rəyi nəticəsində Əhməd Əhmədovun anlaqsız olduğu qənaətinə gəlinib. Belə ki, Əhməd hadisəni törədən zaman anlaqsız vəziyyətdə olub.
Bundan sonrakı mərhələdə Ə.Əhmədova yekun ittiham elan ediləcək, cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.
Məhkəmə də təqsirləndirlən şəxsin hadisəni anlaqız vəziyyətdə törətdiyi qənaətinə gəlsə, Əhməd Əhmədov cəzadan azad ediləcək. Onun barəsində ixtisaslaşmış tibb müəssisəsində məcburi müalicə təyin ediləcək.