Ailəsini öldürən şəxs barəsində prokuror açıqlama verib. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
5 ailə üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə araşdırmalar davam edir.
“İlkin ekspertiza rəyi alınıb. Əlavə komisyon psixiatriya ekspertizasi təyin edilib. Ekspertizanın rəyindən asılı olaraq, obyektiv ədalətli qərarın qəbul edilməsi təmin ediləcək”, – deyə prokuror qeyd edib.
Bildirilib ki, Əhməd Əhmədov hazırda istintaq təcridxanasındadır.