Ailə üzvlərini öldürən şəxs xəstəxanaya köçürülüb. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Ə.Əhmədov ekspert rəyləri ilə cəmiyyət üçün təhlükəli olduğu üçün təhlükəsizlik tədbirlərinin görülməsi qaçılmaz olub. O, saxlanıldığı istintaq təcridxanasından birbaşa xüsusi tibb müəssisəsinə köçürülüb.
Bununla bağlı Xətai Rayon Məhkəməsi prokurorluğun təqdimatı əsasında qərar verib.
25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.