Monteneqro aviaşirkətinin təyyarəsi ilk dəfə Bakıda eniş edib. Bu haqda bu gün, 8 iyun tarıxındə Bakuplus.az Report-a istinadən xəbər verir.
Heydər Əliyev Beynəlxalq Aeroportu Monteneqronun milli aviadaşıyıcısı “Air Montenegro”nun Tivat–Bakı marşrutu üzrə ilk reysini qəbul edib. Aviaşirkətin təyyarəsi yerli vaxtla saat 13:50-də Bakı aeroportuna uğurla eniş edib.
Monteneqronun aviadaşıyıcısı Tivat–Bakı–Tivat marşrutu üzrə həftədə 2 dəfə – bazar ertəsi və cümə günləri uçuşlar həyata keçirəcək.