Bakıdan Riqaya birbaşa reyslər açıla bilər. Bu haqda bu gün, 8 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Latviyanın “AirBaltic” şirkəti may ayında Bakı-Riqa-Bakı reyslərini bərpa etməyə hazırlaşır. Bu haqda adıçəkilən ölkənin prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.
“Bununla hər 2 ölkəyə gediş-gəliş asanlaşacaq”, - deyə o əlavə edib.