Dövlət Akademik Milli Dram Teatrı fəaliyyətini dayandırıb. Bu haqda bu gün, 26 yanvar tarixində Bakuplus.az Reporta istinadən məlumat verir.
Müəssisənin əməkdaşları arasında koronavirusa yoluxma halları qeydə alınıb. Bununla əlaqədar 7 fevral tarixinə qədər teatrın bağlanması qərarı alınıb.
Binaya giriş-çıxış, tamaşaların nümayişi və məşqlər təxirə salınıb.