Hərbi Akademiyadan xaric olunan kursant hərbi xidmətə göndərilib. Bu haqda Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.
Müdafiə Nazirliyindən bildirilib ki, Vüsal Hüseynli hazırda xidmətini N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirir.
Bir müddət əvvəl 22 yaşlı kursant Heydər Əliyev adına Hərbi Akademiyanı özbaşına tərk etdiyi üçün təhsil müəssisəsindən xaric olunmuşdur.