Prezident mədəniyyət xadimlərini təltif edib. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Ramiz Məlik Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif edilib.
Akif İslamzadə isə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Bu haqda Prezident İlham Əliyev Sərəncam imzalayıb.