Qazaxıstanın Aktau şəhərindən Bakıya aşağıbüdcəli uçuşlar təşkil olunacaq. Bu haqda bu gün, 3 mart tarixində APA məlumat verib.
Reyslər "FlyArystan" şirkəti tərəfindən aprelin 1-dən təşkil olunacaq. Bildirilir ki, biletlər artıq satışdadır və 66 manatdan (19.000 təngədən) başlayır. Həmin qiymətə 5 kiloqramlıq əl yükü daxildir.
"FlyArystan"-ın satış və marketinq direktoru Mədinə Bujinovanın sözlərinə görə, şirkət Aktau ilə yanaşı, Atırau ilə də sərfəli qiymətlərlə birləşdirici uçuşlar həyata keçirməyə hazırdır.