Abşeron rayonunda hakim intihar edib. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi, 62 yaşlı İlqar Dadaşov yaşadığı evdə özünü asıb. O, şəkərli diabetdən əziyyət çəkirdi. Bu səbəbdən depressiv vəziyyətə düşərək intihar edib.
İlqar Dadaşov Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
O, öncə Azərbaycan Respublikası İqtisad Məhkəməsində, daha sonra isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb.
İ.Dadaşov 14 il Azərbaycan Respublikası Ali Məhkəməsində hakim vəzifəsində çalışırdı.
Tanınmış hakim 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.