top
Ali Məhkəmə: Bundan sonra ər-arvad bir-birlərinə qarşı mənəvi zərər iddiası qaldıra biləcək
25 fevral 2026, 10:44
- ↺ +

Ali Məhkəmə: Bundan sonra ər-arvad bir-birlərinə qarşı mənəvi zərər iddiası qaldıra biləcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ali Məhkəmə ilk dəfə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib.

Bu barədə Bakuplus.az-a məhkəmədən məlumat verilib.

Bildirilib ki, "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan edən hallar aydınlaşdırılıb.

Ər-arvadın şəxsiyyət hüquqlarına nikaha daxil olmaq hüququ, boşanmaq hüququ, ər-arvadın hüquq bərabərliyi, ailə daxilində qarşılıqlı yardım və hörmət gözləmək hüququ, sərbəst surətdə soyad, məşğuliyyət, sənət seçmək hüququ və ailə qanunvericiliyi ilə təsbit edilmiş digər qeyri-əmlak hüquqları aiddir.

Məişət zorakılığına məruz qoyma, psixi və fiziki şiddət, habelə təzyiq altında saxlama, ərin (arvadın) xəstəliyi, cərrahi əməliyyatı, müalicəsi ilə, arvadın hamiləliyi ilə maraqlanmamaqla onu köməksiz vəziyyətdə qoyma, ailə sirrini və ya ərin (arvadın) şəxsi sirrini yayma, şərəf və ləyaqətini alçaltma, uşağın bioloji atası olmamasının müəyyən edilməsi, atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə ediməsi, hörmətsiz davranış sərgiləmə (iqtisadi, fiziki, sosial, emosional cəhətdən bəyənilmədiyini mütəmadi və ya kobud formada özünə və ya kənar şəxslərə bildirmə), saxta nikah bağlama (etibarsız nikah), yaşadığı evdən qanuni əsaslar olmadan çıxarılma və ailə qanunvericiliyinə zidd olan digər davranışlar ər-arvadın şəxsiyyət hüquqlarını pozur və mənəvi zərərin vurulma əsasını təşkil edir.

Ər-arvaddan birinin heç bir qanuni əsas, o cümlədən digərinin razılığı olmadan şəxsi və ya ailə sirri təşkil edən məlumatları yayması qadağandır. Məsələn, şəxsi yazışmalar, keçmişi ilə bağlı məlumatlar, ər-arvad arasındakı şəxsi münasibətlər (emosional, cinsi və s.), ailədaxili davranışlar, uşaqların mənşəyi, övladlığa götürmə ilə bağlı məlumatlar, həmçinin ailə üçün məxfi və həssas xarakter daşıyan digər məlumatlar.

Atalığı mübahisələndirən şəxsin öz övladı kimi qəbul etdiyi, qayğı göstərdiyi, böyüməsində, təhsilində və tərbiyəsində iştirak etdiyi uşağın bioloji atası olmaması faktının müəyyən edilməsi, həmin şəxsin valideynik hüquqlarını pozmaqla yanaşı, işin hallarından asılı olaraq atanın şərəf və ləyaqətinin alçaldılmasına da səbəb ola bilər.

Atalığa dair mübahisə açmaq hüququndan sui-istifadə, bu tələbin qərəzli olaraq qaldırılması, habelə vicdansızcasına açıq-aşkar əsassız iddianın verilməsi isə işin hallarından asılı olaraq arvadın şərəf və ləyaqətinin alçaldılmasına, habelə digər şəxsiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.

Hörmətsiz davranış sərgiləmə - ər-arvaddan birinin digərini bəyənməməsini ləyaqətini alçaldacaq tərzdə özünə və ya kənar şəxslərə bildirməsində ifadə oluna bilər. Məsələn, ər-arvaddan birinin digərinin xarici görünüşünə lağ etməsi, lazımsız, dəyərsiz olduğunu bildirməsi və bu kimi ləyaqətin alçaldılmasına səbəb olan digər kobud ifadələr işlətməsi...

Etibarsız nikah nəticəsində mənəvi zərərin ödənilməsi zamanı saxta nikahın bağlanmasında cavabdehin təqsiri, nikahın etibarsızlığını aradan qaldıran halların mövcudluğu, iddiaçının özünün nikah bağlanarkən etibarsızlıq şərtləri barədə məlumatlı olub-olmaması nəzərə alınır.

Ər-arvaddan birinin ayrılmaq və ya boşanmaq istəməsi, qanunla nəzərdə tutulmuş digər imkanlardan istifadə etməsi pozuntu hesab edilmir. Məsələn, nikah dövründə birgə əmlakın bölgüsü barədə iddianın qaldırılması və ya buna dair nikah müqaviləsinin bağlanmasının təklif edilməsi və digər bu kimi hüquqi imkanlardan istifadə qanunidir.

Bundan başqa, nikah münasibətlərinin faktiki pozulmasından sonra edilən bir sıra hərəkətlər də ər-arvadın şəxsiyyət hüquqlarının pozulması hesab edilmir və mənəvi zərərin vurulması əsasını təşkil edə bilməz. Məsələn, arvada (ərə) maddi yardım və qayğı göstərməmə, xəstəliyi ilə maraqlanmama və ər-arvad münasibətlərindən irəli gələn digər öhdəlikləri icra etməmə və s.

Mənəvi zərərin həcmi müəyyən edilərkən ümumi meyarlarla yanaşı xüsusi olaraq evliliyin müddəti, ər-arvadın yaşı, yenidən evlənmə imkanları, sağlamlıq vəziyyəti digər xüsusi hallar nəzərə alınır.

Xüsusi olaraq qeyd edilməlidir ki, şəxsin yalnız şəxsiyyət, yəni qeyri-əmlak hüquqlarının pozulması ona mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması birbaşa mənəvi zərərin yaranmasına səbəb olmasa da, bəzi hallarda mənəvi zərər vurulmasına gətirib çıxara bilər.

Ərlə arvadın bir-birindən aliment və əlavə xərclər almaq hüququ da əmlak hüquqlarıdır, bu hüquqların pozulması yalnız o halda mənəvi zərərə səbəb olacaq ki, şəxsiyyət hüquqlarının pozulmasına gətirib çıxarsın. Məsələn, arvadına (ərinə) aliment ödəmək öhdəliyi olan ərin (arvadın) bu vəzifəsini yerinə yetirməməsi nəticəsində maddi zərər yaranır, lakin alimentin ödənilməməsi nəticəsində əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan qarşı tərəfin müalicə ala bilməməsi səbəbindən səhhəti pisləşərsə, artıq mənəvi zərər əsası yarana bilər.

Son xəbərlər

Xəbər
Bu gün, 00:05

Ermənilərin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür

Xəbər
Bu gün, 00:01

27 oktyabr 2020-ci il: Vətən müharibəsinin 31-ci günü

Xəbər
Dünən, 17:55

Yemək bişirmədiyi üçün təzə evləndiyi arvadını döydü

Xəbər
Dünən, 16:45

Bakıda həyat yoldaşını döyən kişi 1200 manat cərimələndi

Xəbər
Dünən, 16:17

Bakıda iki avtobus marşrutunun hərəkət sxemləri dəyişdirilib

Siyasət
Dünən, 14:35

İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsini qəbul edib

Siyasət
Dünən, 13:19

Yeni Komissiya yaradıldı - Sədri Şahin Mustafayevdir

Siyasət
Dünən, 12:59

Niderland vətəndaşlarının İrandan təxliyəsinə görə Prezidentə təşəkkür etdi

Xəbər
Dünən, 11:45

Subaylar üçün xüsusi alış-veriş səbətləri: Bakıda da belə bir yenilik olsun?

Xəbər
Dünən, 11:00

Lev Tolstoyla görüşən maştağalı - Azərbaycanın ilk Xalq artisti

Siyasət
Dünən, 10:51

Rövşən Nəcəf Everestə qalxıb

Xəbər
Dünən, 09:45

Yeni Ramana küçəsi BAĞLANIR

Xəbər
Dünən, 09:36

DİN: Xətai rayonunda cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib

Xəbər
Dünən, 09:10

Paytaxtın bir hissəsində qaz olmayacaq

Xəbər
Dünən, 09:05

Bakının bəzi küçələrində işıq kəsiləcək

Xəbər
Dünən, 08:56

Bakıda 14 yolda tıxac var

Xəbər
Dünən, 00:01

26 oktyabr 2020-ci il: Vətən müharibəsinin 30-cu günü

Aktual Xəbərlər
25 oktyabr 2026, 21:30

Bakıda ölümlə nəticələnən dava: Deputatın oğlu da daxil olmaqla 6 nəfər həbs edildi

Xəbər
25 oktyabr 2026, 20:51

26 oktyabr - 1 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Xəbər
25 oktyabr 2026, 00:01

25 oktyabr 2020-ci il: Vətən müharibəsinin 29-cu günü

Xəbər
24 oktyabr 2026, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
24 oktyabr 2026, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
24 oktyabr 2026, 14:21

Sabah Bakıda yağış yağacaq

Oxşar xəbərlər