top
Alıcılıq qabiliyyəti necədir? – Novruz ərəfəsində bazarda vəziyyət - REPORTAJ
17 mart 2025, 03:15
- ↺ +

Alıcılıq qabiliyyəti necədir? – Novruz ərəfəsində bazarda vəziyyət - REPORTAJ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Novruz bayramına bir neçə gün qalıb. Bayramın ruhunu yaşamaq üçün hər kəs evini təmizləyir, süfrələrini bəzəyir, xüsusi yeməklər və şirniyyatlar hazırlayır.

Bu bayramda diqqəti çəkən əsas məqam süfrənin tərtibatıdır. Novruz hazırlıqları üçün Bakı sakinləri əvvəlcədən alış-veriş etmək üçün paytaxtda qurulan yarmarka və mağazalara üz tuturlar.

Əhali arasında sərfəli alış-veriş məkanlarından biri olan “Yaşıl bazar”da bayramqabağı vəziyyətin necə olduğunu öyrənmək üçün Bakuplus.az-ın əməkdaşı ora baş çəkib.

Diqqətimizi çəkən ilk məqam bazarda olan seyrəklik idi. Bayrama sayılı günlər qalmasına baxmayaraq, əvvəlki illər qədər sıxlıq müşahidə olunmurdu. Piştaxtalar bayram üçün bütün nemətlərlə dolu idi. Lakin alıcı qıtlığı hiss olunurdu.

Əvvəlcə Novruzun atributlarından olan səmənilərə nəzər yetirdik. Bazarda hər qiymətə səməni vardı. Baharın simvolunun ən aşağı qiyməti 3 manat idi.

Satıcı səməniləri fevral ayından satışa çıxardığını söyləyib:

“İlk çərşənbədən öncə səmənini satışa çıxardıq. Lakin mənə elə gəlir ki, insanlar çərşənbələri artıq qeyd etmirlər. Çünki çərşənbələrdə, demək olar, səməni alan yox idi. Son çərşənbəyə yaxın axın oldu. Lakin bu da əvvəlki qədər çox deyil”.

Digər bir satıcı da alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşdüyündən şikayətlənib:

“Bayrama 3 gün qalır. Lakin axın yoxdur. Məhsullarda qiymət artımı yoxdur. Alıcılığın aşağı olması təəccüblü məqamdır. Marketlərə nisbətən bizdə daha ucuzdur”.

Bayram süfrəsini plovsuz təsəvvür etmək mümkün deyil. Plovun hazırlanmasında istifadə olunan düyülərə isə tələbat çoxdur. Qablaşdırılmış düyülər isə müxtəlif qiymətə satılır.

Bazarın çərəz satılan hissəsinə baş çəkdik. Çeşid çoxluğunu müşahidə etsək də, satıcılar alıcılıq qabiliyyətində artımın olmadığını söyləyiblər:

“Qabıqlı qoz 5-7 manata satılır, ləpəsi isə 15-17 manatdır. Fındıq 8, ləpəsi 15, badam ləpəsi 24, iydə 8, xurma 10-15, innab 8, qaysı 15 manatadır. Qarışıq meyvə qurusu 12-22 manat, tumsuz xurma 15 manat, tumlu 8 manat, alma və armud qurusu 4-10 manatdır. Şabalıd 3,5-10 manat, qaysı 14-20 manat, sarı kişmiş 8-20, alça qurusu 6-10, gavalı qurusu 4-15 manat aralığında satılır. Qiymətlər normaldır. Bayramla əlaqədar bahalaşma yoxdur”.

Meyvə-tərəvəz məhsullarının satıcısı bazarda alıcıların sayının azalmasını iri marketlərlə əlaqələndirir:

“Bazarda hər şey ucuz olsa da, məhsulları alan yoxdur. Pomidor 4-5 manat, xiyar 3-4 manat, kartof və soğan 1.5-2 manatdır. Armud 4, portağal 5, heyva 4, banan 3 manatdır. Qiymətlər bundan aşağı ola bilməz”.

Digər satıcı isə alıcılıq qabiliyyətinin son bir neçə ayda aşağı düşdüyünü əlavə edib:

“Bəziləri bayramqabağı bahalaşma səbəbindən alıcılıq qabiliyyətinin aşağı olduğunu düşünür. Lakin bayram ilə əlaqəsi yoxdur. Bir neçə ay öncədən durğunluq müşahidə edilir”.

Ümid edirik ki, alıcıların süfrəsi, satıcıların da cibi bu bayramda boş qalmaz.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Xəbər
Dünən, 10:28

8 Noyabr prospektində nəqliyyatın hərəkəti iflic olub - Video

Xəbər
Dünən, 09:30

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib

Xəbər
Dünən, 09:07

Bakının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 08:58

Emin Sabitoğlunun doğum günüdür

Xəbər
Dünən, 08:53

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Xəbər
01 noyabr 2026, 22:06

2–8 noyabr tarixləri üçün həftəlik bürc proqnozları: Sizi nələr gözləyir?

Xəbər
01 noyabr 2026, 16:28

10 yaşında nənəsinin qızı oldu, 34 yaşında öz valideynlərinə qayıtdı

Xəbər
01 noyabr 2026, 12:16

Bakıda oğlanlar küçədə dalaşıb, məhkəmədə barışdılar

Xəbər
01 noyabr 2026, 11:00

Bakıda kişi iş yoldaşını əvəz etmək istəmədi - DAVA DÜŞDÜ

Aktual Xəbərlər
31 oktyabr 2026, 15:14

Azərbaycanda Apple istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Xəbər
31 oktyabr 2026, 14:24

Bakıda maşın velosipedçini vurdu - ÖLƏN VAR

Xəbər
31 oktyabr 2026, 13:06

"Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" - DEPUTAT

Xəbər
31 oktyabr 2026, 12:26

5 milyon manatlıq qaçaqmalçılıqda ittiham olunan gömrükçü ev dustaqlığına buraxıldı

Oxşar xəbərlər