Bakının girişində hərəkət məhdudlaşdırılacaq. Bu haqda bu gün, 12 iyul tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun “Şamaxinka” - “VAZ dairəsi” arasında olan hissəsində hər iki istiqamətdə üfüqi nişanlanma xətləri yenidən rənglənəcək. Bu səbəbdən yolda hərəkətə qismən məhdudiyyət qoyulacaq.
Məhdudiyyət bu gün 23:00-dan növbəti gün 05:00-a qədər davam edəcək. Rənglənmə işləri bir neçə gün gecə saatlarında aparılacaq. Sürücülərdən diqqətli olmaları xahiş olunur.