AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev 81 yaşında dünyasını dəyişib. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az məlumat verir.
Vəliyev 1942-ci ildə Borçalı mahalının Qasımlı kəndində anadan olub. 12 kitabın, 60-dan çox elmi məqalənin müəllifidir. O, Azərbaycan elmini müxtəlif beynəlxalq konfranslarda təmsil edib.