Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında ölüm hadisəsi baş verib.
Qafqazinfo xəbər verir ki, 5 sentyabr tarixi saat 12 radələrində H.Cavid prospekti 23-də yerləşən binada Akademiyanın əməkdaşı 60 yaşlı Nəsir Köçəri oğlu Nəsirov dünyasını dəyişib. Onun infarktan öldüyü bildirilir.
N.Nəsirov qurumun təsərrüfat şöbəsində bağban kimi çalışırmış.
Faktla bağlı araşdırma aparılır.