Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq.
APA xəbər verir ki, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən 6 baş Malinua cinsli xüsusi təlim keçmiş minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.
Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər öz bələdçiləri ilə uyğunlaşma təlimindən və Beynəlxalq Minatəmizləmə Standartlarına (İMAS) uyğun akkreditasiyadan keçirildikdən sonra işğaldan azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.