Antiterror əməliyyatı zamanı şəhid olanların sayı açıqlanıb. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
19-20 sentyabr 2023-cü il tarixlərində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində 192 hərbçi və 1 mülki şəxs şəhid olublar, 511 hərbçi və 1 mülki şəxs yaralanıblar. Hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır.
11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Şəhidlərin siyahısını təqdim edirik.