Qarabağda yerli antiterror tədbirləri zamanı həlak olan 6 hərbçinin kimliyi müəyyən edilib. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hazırda Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş şəhid olan hərbçilərin siyahısında 186 ad yer alır.
Daha öncə Səhiyyə Nazirliyi tərəfindən yayılan məlumatda şəhid olan 192 hərbçi və 1 mülki şəxs, 511 hərbçi və 1 mülki şəxs yaralı kimi qeyd edilmişdilər. 11 nəfərin şəxsiyyətinin Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcəyi qeyd olunmuşdu.
Yenilənmiş siyahını buradan izləmək mümkündür.