Bakı-Ağdam-Bakı istiqamətində əlavə avtobus reysi açılacaq. Bu haqda 15 mart tarixində Bakuplus.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən məlumat verib.
Marşrutların təhlili, vətəndaşların istək və tələbatları nəzərə alınaraq, Bakı-Ağdam-Bakı istiqamətində əlavə reys açılıb. Qərara əsasən, aprel ayından sərnişinlər Bakı – Ağdam – Bakı istiqamətində artıq bazar günləri də səfər edə biləcəklər. Bundan əvvəl yalnız həftədə bir dəfə, şənbə günü müntəzəm avtobus reysləri təşkil olunurdu.
Nazirlikdən bildirilib ki, Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reyslərinə aprel ayına olan biletlər artıq satışa çıxarılıb. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri “Yolumuz Qarabağa” portalı (www.yolumuz qarabaga.az) vasitəsilə onlayn qaydada ala bilərlər.