Bakıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) bir neçə restoranı cərimələyib.
Trend-ə əsasən monitorinqlər nəticəsində 4 müəssisədə qanunvericiliyin tələblərinin pozulması faktları aşkar olunub.
İctimai iaşə müəssisələrin siyahısı:
- Bakı şəhəri, Nizami rayonu, T. Abbasov 120 ünvanında yerləşən, fiziki şəxs Şıxəliyev Rəsul Şahlar oğluna məxsus “Seven Pub” kafesi;
- Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsində yerləşən, fiziki şəxs Hudulov Tələt Dibirhacı oğluna məxsus kafe;
- Bakı şəhəri Səbail rayonu, Ə.Nəzərov 1 A ünvanında yerləşən, fiziki şəxs Xəlilov Vətən Mübariz oğluna məxsus kafe;
- Bakı şəhəri Nərimanov rayonu, M.K. Atatürk 31 ünvanında yerləşən, hüquqi şəxs "The Mood" MMC-yə məxsus “The Mood” restoranı;
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.