Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin yeni maarifləndirmə layihəsi start götürüb. Bu haqda bu gün, 15 fevral tarixində qurumun rəsmi saytında məlumat verilib.
AQTA qida təhlükəsizliyinin əsas komponentlərindən olan bitki və heyvan sağlamlığının qorunmasına yönələn məlumatlandırıcı lövhələr hazırlayıb. Bakı şəhəri və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, şəhərdaxili ictimai nəqliyyatlarda və müxtəlif kütləvi informasiya vasitələrində məlumat lövhələri yerləşdirilib.
Lövhələrdə qida təhlükəsizliyi sistemi ilə bağlı, eləcə də heyvanların identifikasiyası, sağlam toxum və pestisidlərdən düzgün istifadə qaydaları barədə məlumatlar verilib.
Lövhələrdə əks olunan çağırış nümunələri: