Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bır sıra bağçaların rəhbərləri ilə onlayn rejimində görüş keçirilib. İclasda qida təhlükəsizliyi ilə bağlı təlimat verilib. Bu haqda bu gün, 15 noyabr tarixində AQTA-nin mətbuat xidməti məlumat verib.
Görüşdə bağçalarda iaşənin təşkili, qida məhsullarının keyfiyyətinə nəzarət, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunmasının zəruriliyi barədə iştirakçılara məlumat verilib.
Daha sonra agentliyin əməkdaşları tərəfindən iştirakçıların sualları cavablandırılıb. İştirakçıların böyük marağına səbəb olan və işin təşkili üçün faydalı hesab edilən tədbirin mütəmadi şəkildə keçirilməsi qərara alınıb.