Paytaxtın Yasamal rayonu, Ş.Qurbanov küçəsi, 17 ünvanında yerləşən un məmulatları istehsal edən müəssisədə qayda pozuntuları aşkarlanıb. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyinə istinadən xəbər verir.
“Azcake” MMC-yə məxsus unlu qənnadı məmulatların istehsalı və satışı müəssisəsində temperatur və rütubətə riayət edilmədiyi, saxlanma şəraitinin normaya uyğun olmadığı və bir sıra digər nöqsanların olduğu müəyyən edilib.
Pozuntularla bağlı müvafiq tapşırıqlar verilib, müəssisə rəhbərliyi məsuliyyətə cəlb olunub.