AQTA paytaxt ərazisindəki ticarət və ictimai iaşə obyektlərinin monitorinqini davam etdirir. Bu haqda 7 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı 12 obyektdə işçilərin tibbi müayinədən keçməməsi aşkarlanıb. Həmin obyektlər və onların yerləşdiyi ərazilər aşağıdakılardır:
- Xətai rayonu - "041" ət dükanı;
- Xətai rayonu - "N4" ət dükanı;
- Xətai rayonu - "Ət Dükanı";
- Xətai rayonu - "Rahat" market;
- Yasamal rayonu - "Chado Tea Lounge";
- Yasamal rayonu - "Gözət-Təpə" restoranı;
- Binəqədi rayonu - "İron Hotel";
- Binəqədi rayonu - "Mələk" şadlıq evi;
- Nizami rayonu - "Məhəllə" restoranı;
- Nəsimi rayonu - "İmperial" şadlıq sarayı;
- Nərimanov rayonu - "Lavaş Fast Food";
- Nərimanov rayonu - "Öz Dad Lahmacun" kafesi.
Qeyd olunan obyekt sahibləri məsuliyyətə cəlb olunublar və onlara nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.