Bir sıra TV-kanalların yayımı dayandırılacaq. Bu haqda bu gün, 10 iyul tarixində Bakuplus.az Audiovizual Şuraya istinadən xəbər verir.
Yoxlamalar nəticəsində "Aznet", "Metaflix" və "Megogo" universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları olmaqla ümumi 5 lisenziya verilib.
Monitorinqlər nəticəsində "ATV" televiziya redaksiyasının (kanalının) efirində, "ARB" televiziya redaksiyasının (kanalının) efirində və "ARB Günəş" televiziya redaksiyasının (kanalının) efirində digər audiovizual yayımçıya məxsus olan proqramların icazəsiz yayımlanması faktı aşkarlanıb.
Qanun pozuntuları ilə bağlı hər 3 şirkətin proqramlarının yayımının 11 iyul tarixində 3 saatlıq dayandırılması barədə qərar qəbul olunub.