COP29-a daha bir lider dəvət olunub. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.
Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı (Aİ) yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov bununla bağlı Avropa İttifaqı (Aİ) Şurası Prezidentinin xarici siyasət məsələləri üzrə Baş müşaviri Maqdalena Qrono ilə görüşüb.
“Aİ–Azərbaycan gündəliyindəki bir çox məsələlərlə bağlı geniş müzakirələrə görə Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət məsələləri üzrə Baş müşaviri Maqdalena Qronoya təşəkkür edirəm”, – deyə diplomat əlavə edib.
I am grateful to Ms. Magdalena Grono, Senior Foreign Policy Advisor of the President of the European Council, for today's comprehensive discussion of many issues on EU-Azerbaijan agenda, during which I had the honour to transmit the invitation letter of President of Azerbaijan 🇦🇿… pic.twitter.com/373O03vW0I
— Vaqif Sadıqov (@VaqifS) April 25, 2024