Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində arvadını öldürən şəxsə hökm oxunub. Bu haqda bu gün, 19 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
45 yaşlı Fədai Atakişiyevin Psixiatriya xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi barədə qərar verilib. O, Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasına göndərilib.
Təqsirkar 2019–cu ildə avtomobillə yolun kənarında dayanan keçmiş arvadı 33 yaşlı Ramidə Budaqovanı vurmuş, daha sonra nəqliyyat vasitəsindən düşərək onu və anası Narın Ağayevanı bıçaqlamışdır.