“ASAN Xidmət”in işçilərinin sayında dəyişikliklər qəbul olunacaq. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) fəaliyyətinin təmin edilməsi haqqında 5 sentyabr 2012-ci il tarixli Fərmanında dəyişiklik edib.
İmzalanmış fərmana əsasən, agentliyin işçilərinin say həddi 1539-dan 1560-a çatdırılıb.