Ölkədə bir sıra qurumlar sabah işləməyəcək. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az qurumlara istinadən xəbər verir.
Müstəqillik Günü ilə əlaqədar 28 may tarixində DOST mərkəzləri və "DOST Çağrı Mərkəzi 142"-də, eləcə də “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.
Sözügedən mərkəzlər 29 may tarixindən etibarən fəaliyyətlərini davam etdirəcək.